banner
banner

İdman

Rio-de-Janeyrodakı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

Rio-de-Janeyrodakı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

Rio-de-Janeyro 2016 Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərindəki Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, tədbirdə baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İTAR-TASS informasiya agentliyinin direktoru Mixail Qusman, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, federasiya prezidentləri, idmançılar və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdən əvvəl Braziliyanın tarixini, adət-ənənələrini özündə əks etdirən rəqs nümayiş olunub. Ardından səhnəyə basketbol üzrə ikiqat olimpiya çempionu və Olimpiya Kəndinin meri Janett Alkeni dəvət olunub. O, idmançıları salamlayaraq, uğurlar arzulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov merə hədiyyə təqdim edib.

Azərbaycan və olimpiya himnləri səsləndirilib.

Nazir Azad Rəhimov Atletlər Kəndinə gedərək, idmançıların yaşayış şəraiti, qaldıqları otaqlarla yaxından tanış olub. O, idmançılardan arzu və istəklərini soruşub, hər birinə uğurlar arzulayıb.

Bununla da mərasim başa çatıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.