banner
banner

İdman

Azərbaycan İsveçrə şahmatçısını bağışladı - RƏSMİ

Azərbaycan İsveçrə şahmatçısını bağışladı -

İsveçrə Konfederasiyasının şahmatçısı Yannik Pelletiyer Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib.

Şahmatçı Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına tam hörmət etdiyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə bilmədən səfər etdiyini bildirib. O, səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadığını və bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşımadığını vurğulayıb.

Yannik Pelletiyer səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın zəbt edilmiş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. O, bu qondarma rejimin Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradıldığını yazıb.

Qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Yannik Pelletiyer işğal olunmuş ərazilərə gələcəkdə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

Şahmatçı qeyd olunanları nəzərə alaraq, 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası və FIDE-nin 87-ci Konqresində iştirak etmək üçün Azərbaycana səfər etməsinə icazə verilməsini xahiş edib.

Yannik Pelletiyerin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun Azərbaycana səfər etməsi üçün viza rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.