Sumqayıtdakı doğum evində körpə anadan olandan sonra ölüb
Sumqayıt şəhər 1 saylı Doğum evində körpə ölümü qeydə alınıb. Bu gün çəkisi 3 kiloqram 600 qram olan körpə (qız uşağı) doğuşdan sonra ölüb.
Xəbər Sumqayıt şəhər Səhiyyə Şöbəsindən təsdiqlənib. Bildirilib ki, körpə bu gecə saat 01:35-də doğulub. Bildirilib ki, ciftdə qüsur olub və körpənin döldə əhatə olunduğu suyun hamısı nəcislə əhatə olunub: "Uşağın ağzı, burnu, bütün tənəffüs orqanları nəcislə dolub. Nəcis ciftdə patologiya olan zaman əmələ gəlir. Bəzi uşaqlarda nəcis az olduqda onu çıxartmaq olur, amma bu körpədə çox olduğuna görə doğuşdan sonra hər yandan – ağzından, burnundan, gözündən nəcis axıb. Ona görə də onu təmizləmək, uşağın həyatınI xilas etmək mümkün olmayıb. Körpə doğulandan 2 dəqiqə sonra ölüb".
Məlumata görə, bu, ananın birinci hamiləliyi olub. (APA)
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.