Lazımi dərəcədə günəş vannası qəbul etmək dəriyə müsbət təsir göstərir. Bəzi dəri xəstəlikləri zamanı dermatoloqlar günəş vannası qəbul etməyi tövsiyə edir.
Məlumdur ki, günəş şüaları orqanizmi D vitamini ilə təmin edir, dərini yüngülcə dezinfeksiya edir və qurudur. Bu isə göbələk, irin və allergiya kimi dəri xəstəliklərinin müalicəsində kömək edir. Günəş şüaları dəridəki qan damarlarını genişləndirərək hərarəti artırır, nəticədə orqanizm tərləyir. Tərləmə bədənin toksinlərdən təmizlənməsində çox önəmlidir. Bu da beynin hormonal funksiyasının normal fəaliyyətini təmin edir. Bundan başqa, qaralmış dəri daha sağlam və cazibəli görünür. Lakin “şokolad” olmaq üçün sağlamlığa ziyan vurmadan günəş vannası qəbulu qaydalarına riayət etmək lazımdır.
Axşamlar dəriniz yandığı üçün ağrıdan qıvrılmaq istəmirsinizsə, günəş qoruyucu kremlər çəkin. Bədənə qoruyucu vasitələri Günəşə çıxmazdan 30 dəqiqə əvvəl çəkmək lazımdır. Həmin məhsulların təsiri hovuzdan, dənizdən istifadə zamanı azaldığı üçün gün ərzində onları yeniləyin.
Bədənin hər tərəfinin eyni dərəcədə qaralmasını istəyirsinizsə, bu halda orqanizmdə A, C, B vitamin qrupu və fol turşusu kifayət qədər olmalıdır. Bunu isə səfərə yollanmazdan 1-2 həftə əvvəlcədən etməlisiniz. Dərinin daha tünd çalar almasınız istəyirsinizsə, hər gün 1-2 stəkan ərik və ya kök şirəsi için.
Əgər siz qaydalara görə, günəş şüalarının ən qızğın vaxtında günəş vannası qəbul etməsəniz də, dəri onsuz da quruyur. Ona görə də, axşam onun qabıq verməməsi üçün mütləq nəmləndirici çəkin. Ən əsası isə 2 litr su içərək dərinin itirdiyi nəmi bərpa etməyi unutmayın.
Bütün hazırlıqlara baxmayaraq, yanmısınızsa, göynəyən bölgəyə kefir və ya xama çəkin. Yarım saat sonra isə yuyun. Çiy kartof yanmış dərinin ağrısını yüngülləşdirir, qızartını aradan qaldırır. Bunun üçün kartofları tez-tez dəyişin. Lakin yanıqların yerində qabarlar yaranıbsa, yaralanmış sahəni bintlə sarıyın, həkimə müraciət edin.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.