Fransanın nüfuzlu “l'Equipe” nəşri 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunu elan edib.
Qol.Az xəbər verir ki, keçirilmiş sorğunun nəticəsinə əsasən, ilin ən yaxşı oyunçusu adına “Bavariya” və Almaniya millisinin qapıçısı Manuel Noyer layiq görülüb.
Qeyd edək ki, Noyer 2014-cü ildə dünya çempionu olub. “l'Equipe” versiyasında ikinci yeri Kriştiano Ronaldo (“Real”/Portuqaliya), üçüncü yeri isə Lionel Messi (“Barselona”/Argentina) tutub.
Xatırladaq ki, adları çəkilən bu üç oyunçu 2014-cü il üçün FİFA-nın “Qızıl top” mükafatına da namizəddir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.