Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılovun başına xoşa gəlməz hadisə gəlib.
CİA.Az aznews.az-a istinadən xəbər verir ki, o, avtomobilini idarə edərkən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, sərt cəzalanıb.
Buna səbəb polkovnikin sərxoş halda idarə etməsi olub.
Keçmiş rəis əvvəlcə yol polislərinin onu saxlamasına etiraz edib, hətta onlara hədə-qorxu da gəlib. Bütün bunlara baxmayaraq, polkovnikin qayda pozuntusu protokollaşdırılıb və onun idarə etdiyi 10- RP-400 dövlət nömrə nişanlı “Toyota Cəmry” markalı avtomobili cərimə meydançasına aparılıb.
Qeyd edək ki Məmməd Mikayılov DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub.
O, yanvarın 29-da küçə ticarəti ilə bağlı verdiyi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmiri ilə vəzifədən azad edilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.