Amerika Birləşmiş Ştatlarının Kasl Hilz şəhərində təqaüdçülərin binasında yanğın baş verib.
ANS PRESS-in məlumatına görə, binanın 3-cü mərtəbəsində başlayan yanğın qısa müddətdə qonşu otaqlara da keçib.
Bədbəxt hadisə zamanı azı 5 yaşlı sakinin öldüyü, 11 nəfərin isə tüstüdən zəhərləndiyi bildirilir.
Xəsarət alanlar dərhal xəstəxaya yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır hesab olunur.
Faktla bağlı istintaq araşdırması başladılıb. Yanğına nəyin səbəb olduğu hələlik məlum deyil. Lakin ilkin ehtimal kimi elektrik qısa qapanmasının yanğına səbəb ola biləcəyi qeyd olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.