banner
banner

Dünya

Hakan Şükürün atası tutulub

Hakan Şükürün atası tutulub
Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Sermet Şükür bu gün saxlanılıb.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, polisə S. Şükürün Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazında olduğu barədə məlumat daxil olub.
Məscidə gələn polislər cümə namazının bitməsini gözləyiblər. Namaz bitəndən sonra polisləri görən S. Şükür onlara təslim olub.
S. Şükür ifadəsi alınması üçün polis idarəsinə aparılıb.
 
Qeyd edək ki, dünən  Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H. Şükür və atası S. Şükürun saxlanılması barədə qərar verib. Bu gün isə prokurorluq H. Şükür və atasının mal və mülklərinin müsadirə edilməsi barədə qərar qəbul edilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.