banner
banner

Sağlamlıq

Yemişin bilmədiyiniz faydaları

Yemişin bilmədiyiniz faydaları

Yemiş və ya qovun yay aylarının əvəzolunmaz tərəvəzlərindəndir. Yemiş yayda sərinlik verən xoş dadıyla hər kəsin sevdiyi bir bitkidir. Böyük yarpaqlı, sarı rəngli çiçəkləri olan yemiş sarmaşıq bitki növüdür. Yemiş dadı ilə hər kəsə xoş təsir bağışladığı kimi, orqanizmə faydaları ilə də məşhurdur. Tərkibində bolluca olan su ilə yanaşı, A və C vitamini ilə də zəngindir. Yod və xrom mineralları baxımından da zəngin bir meyvədir. Aile.lent.az saqlamolun.az-a istinadən yemiş haqqında bilmədiyiniz faktlarla sizi tanış edir.

Yemişin faydaları

  • Yemiş bədəni sərinlədir və rahatlıq verir. Elə bu xüsusiyyətinə görə yayda ən sevilən tərəvəzlərdəndir.
  • Sidikqovucu xüsusiyyətiylə yemiş bağırsaqların da yumşalmasını təmin edərək, qəbizlik probleminə mane olur.
  • Böyrəklərdə qum və daş narahatlığı olan insanlar üçün yemiş çox faydalıdır. Böyrəklərdəki daş və qumun tökülməsini təmin edir.
  • Qaraciyər tıxanıqlığı olan insanlar yemişi istehlak etməklə bu narahatlıqlarını aradan qaldıra bilərlər.
  • Yuxusuzluq problemi olan insanlar da yemişi bolluca istehlak etməlidirlər.
  • Yemişin ac olarkən yeyilməsi isə olduqca faydalıdır.
  • Yemişin özü kimi tumlarının da faydaları var. Tumların yeyilməsinin daxili yaralar üçün faydaları var.

Yemişin zərərləri

Yemişin tərkibində bol miqdarda şəkər olduğu üçün şəkər xəstələri diqqətlə istehlak etməlidirlər.

Xora və də həzm sistemi iltihabı olan şəxslərə də məsləhət görülmür.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.