"Vladimir Putinin Bakıya səfərindən sonra Sarkisyanın Moskvaya çağırılması təsadüfi deyil. Moskva, hər zaman olduğu kimi, növbəti dəfə şərtlərini diktə edir. Ermənistan tərəfindən bir sıra güzəştləri özündə ehtiva edən və "Madrid prinsipləri"nə əsaslanan "Kazan sənədi"nin imzalanmasından sonra da belə olmuşdu", - virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bunu "Ayazn" partiyasının idarə heyətinin üzvü, politoloq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə təşəbbüs qrupunun iştirakçısı Armen Axayan deyib.
A.Axayan bildirib ki, Moskva Yerevanı Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarmağa məcbur etmək məqsədilə təzyiq göstərir.
"Moskvanın təzyiqi mütəmadi olaraq gah güclənir, gah da zəifləyir, hər hansı hərbi hərəkətlər və cəbhə xəttində gərginliklə müşayiət olunur. Çox güman ki, son hadisələr fonunda bu təzyiq yeni hərbi qarşıdurmaya gətirib çıxaracaq və bu, həmin "dörd günlük müharibə", yaxud da daha iri miqyaslı şəkildə təzahür edəcək", - erməni politoloq deyir.
"Bu məsələdə biz Ermənistanın mövqeyini anlamaləıyıq, bir tərəfdən - hakimiyyəti qəsb etmiş Serj Sarkisyanın mövqeyi, digər tərəfdən isə xalqın mövqeyi. Xalqın mövqeyi birmənalıdır: "Heç bir torpaq qaytarılmayacaq, heç bir birtərəfli güzəştə gedilməyəcək". Serj Saarkisyan üçünsə əsas olan hakimiyyətinin bərpasıdır və yaın aylarda o, məsələni uzadacaq, ləngidəcək, torpaqların qaytarılması üçün hər şey edəcək, nəhayətdə isə elə onun ssenarisi üzrə hakimiyyət dəyişikliyi baş verəcək. Əgər həmin vaxta qədər hər hansı bir yolla, ya hərbi, yaxud da hansısa sənədin imzalanması yolu ilə rayonlar qaytarılarsa, bu Sarkisyanın bütünplanlarını alt-üst edəcək və elə onun özünün də sonu olacaq", - Axayan bildirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.