Yaşadığı sevgi, aldığı maşın və lüks həyatı ilə tez-tez gündəmə gələn məşhur türk aktyoru Burak Özçivit sosial mediada paylaşdığı fotoları ilə də diqqət mərkəzində qalmağı bacarır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kara Sevda” serialının 32 yaşlı aktyoru sevgilisi Fahriye Evcenlə çıxdığı tətildən tez-tez fotolarını paylaşır.
Aktyor yeni fotosunda isə çimərlik kənarında tək poza verib. Foto qısa zamanda 225 mindən çox izləyici tərəfindən bəyənilib.
Qeyd edək ki, aktyor tətili bitirdikdən sonra “Kara Sevda”nın çəkilişlərinə hazırlaşacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.