İlhamə Quliyevanın mirası kimindir? - mübahisə bitdi
“Mərhum İlhamə Quliyevanın hüquqi varisləri bacıları İradə və Gülbahardır. Məhkəmə mirasın bölüşdürülməsi ilə bağlı onların xeyrinə qərar çıxarıb”.
Axşam.az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın yaxın qohumu müğənni Əli Mirəliyev deyib.
O, İlhamə Quliyevanın mirasının hüquqi varisləri haqqında danışarkən “oğulluğu Orxan İlhamənin heç nəyidir” deyib.
Ə.Mirəliyevin sözlərinə görə, məhkəmənin qərarından sonra varislik və miras iddiasına son qoyulub.
“Orxan İlhamə Quliyevanın heç nəyidir. Mən isə İlhamə Quliyevanın dayısının kürəkəniyəm. Məsələn mən o işdə kiməm ki, mirasa iddialı olum...
İlhamə Quliyeva sadəcə olaraq mənə inanırdı və məni çox istəyirdi. Amma bu o demək deyil ki, mən mirasa hüquqi varis olmalıyam. Hər inanılan adam varis ola bilməz. Hüquqi varislik statusu İlhamənin bacılarındadır”, - deyə Əli Mirəliyev bildirib.
Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı qopmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.