banner
banner

Gündəm

Cəllad Çovdarov Bakıda daha bir parkı məhv edibmiş…

Cəllad Çovdarov Bakıda daha bir parkı məhv edibmiş…

Ləğv olunan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun daha bir obyekti üzə çıxıb.

Avropa.info xəbər verir ki, sabiq MTN generalının inşa etdirdiyi həmin obyekt Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, Abay Kunanbayev küçəsində, keçmiş “Bolluq” bazarının qarşısında yerləşir.

Əvvəlcə qeydiyyatdan qeyri-yaşayış binası kimi keçirilən tikili daha sonra 42 mənzildən və 6 qeyri-yaşayış obyektindən ibarət yaşayış binası kimi inşa olunub.

Qonşuların dediklərinə görə, bina qarşı tərəfdə yerləşən yaşayış binasının həyətində, insanların istirahəti üçün nəzərdə tutulmuş parkın ərazisində tikilib. Binanın təməli qoyularkən ərazidə 120-130 ağac kəsilərək yaşıllıq tamamilə məhv edilib.

Məlumatlara görə, Çovdarov binanı tikdirməyə başlayarkən əvvəlcə bütün sənədlər onun qızının adına rəsmiləşdirilib. Onun həbs edilməsi ərəfəsində isə sənədlər başqa bir şəxsin adına keçirilib. Bununla belə, o həbs edilən kimi tikintidə işlər dayandırılıb.

Binanın bundan sonrakı taleyi isə hələlik məlum deyil.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.