banner
banner

Gündəm

Fətullah Gülənə 1900 il həbs cəzası istənilir

Fətullah Gülənə 1900 il həbs cəzası istənilir

Türkiyənin Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı 1 il davam edən "paralel dövlət" işinin istintaqı çərçivəsində hazırlanan iddianaməni qəbul edib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer alıb.

Uşak Rayon Prokurorluğu tərəfindən hazırlanan iddianamədə 111 şübhəli şəxs silahlı terror təşkilatı qurmaq və idarə etmək, terroru maliyyələşdirmək, Konstitusiya quruluşunu dəyişməyə cəhd göstərmək, hökuməti aradan qaldırmağa təşəbbüs və dələduzluqda təqsirləndirilir.

Həmin şəxslərə 2 ildən ömürlük həbsə qədər müxtəlif cəzalar tələb olunur.

İddianamədə F. Gülən zorakı yolla Türkiyənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı qurmaq və idarə etmək, insanların dini inanc və duyğularından sui-istifadə edərək dələduzluq etmək və terroru maliyyələşdirməkdə günahlandırılır.

F. Gülən haqqında 2 dəfə ömürlük və 1900 il həbs cəzası tələb edilir.

İddianamədə Uşakda 1984-cü ildən fəaliyyət göstərən FETÖ-nün uzun illər rəsmi qurumlar və təhlükəsizlik strukturlarında təşkilatlanaraq dövlət arxivlərinə daxil olmağı bacardığı qeyd edilib. Maliyyə vəsaitlərinin vasitəçi şirkətlərin xətti ilə ABŞ-a göndərildiyi də vurğulanıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.