Bakıda ötən axşam güclü küləyin əsməsi nəticəsində “Alov qülləri” kompleksinə ziyan vurub.
CİA.Az anspress-ə istinadən xəbər verir ki, komleksin şüşə pəncərələrindən bir neçəsi qırılaraq hündülükdən asfaltın üzərinə düşüb. Şüşə qırıntıları yol boyu asfaltın üzərinə dağılıb. Hadisə barədə polis və Fövqəladə Hallar Naziriyinin əməkdaşlarına məlumat verilib. Avtomobillərin gediş-gəlişi nəzərə alınaraq şüşə qırıntılarının dağıldığı ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Şüşələr yerə dağıldığından Milli Məclisin binanın qarşısındakı dairədən İçərişəhər metrosuna doğru yol bağlanılıb. Gecə boyu həmin yolu şüşələrdən təmizləmək üçün işlər davam etdirilib.
İşlərin səhərə qədər davam etdirilməsi nəticəsində yol şüşə qırıntılarından tam təmizlənib. Yolda nəqliyyatın hərəkəti bərpa olunub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.