banner
banner

Sosİal

UNEC tələbələri Fransada təhsil alacaq

UNEC tələbələri Fransada təhsil alacaq
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Fransanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti və Beynəlxalq Biznes və İdarəetmə Məktəbi (CEFAM) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 2016/2017-ci tədris ilində UNEC-in 10 tələbəsi adıçəkilən universitetlərdə təhsil alacaqdır.
UNEC-in Marketinq və Kommunikasiya Departamentinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, UNEC və Montpellier Universiteti arasında reallaşdırılan ikili diplom proqramına qoşulan beş tələbə bir akademik tədris ili ərzində Fransada təhsil almaqla dörd illik təhsil müddətinin sonunda həm UNEC, həm də Montpellier Universitetinin bakalavr diplomlarını əldə edəcəklər. Digər beş tələbə isə universitetlərarası tələbə mübadiləsi proqramı çərçivəsində bir semester ərzində CEFAM-ın kreditlərini qazanacaqlar. Sevindirici haldır ki, bu tələbələrdən üçü eyni zamanda Erasmus+ təqaüdünə də layiq görülüb.
Fransanın Azərbaycandakı səfirliyində növbəti tədris ilində Fransada təhsil alacaq gənclərlə görüş keçirilib. Görüşdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Fransada təhsil alacaq 50 tələbəni təbrik edib, Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib və iki ölkənin universitetləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətindən danışıb. Tədbirdə Fransada təhsil alacaq gənclər arasında UNEC tələbələri və məzunlarının üstünlük təşkil etdiyi diqqətə çatdırılıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.