banner
banner

Sosİal

Nazirlik bu çimərliklərə getməyi qadağan etdi

Nazirlik bu çimərliklərə getməyi qadağan etdi

"Son 5 il ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb. 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəylər verilib".

Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor əvəzi Vaqif Abdullayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 52 rayonun 2 683 kəndində 3 647 su mənbəyindən laboratoriya nümunələri götürülüb:

 "2 835 su mənbəyinin vəziyyəti bilavasitə Respublika GEM-in mütəxəssisləri tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə təkliflər verilib, tədbirlər hazırda davam etdirilir. Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələlərinə nəzarət təmin olunmaqla aşkar olunan çatışmazlıqlar barəsində hər il Bakı şəhər İcra Hakimiyyətinin müvafiq icraçı qurumlarına təkliflər verilib".

Direktor əvəzi əlavə edib ki, Səbail rayonun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq həmin ərazilərdə çimərliklərin istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilən qərar qüvvədə saxlanılıb.

Mərkəzin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva söyləyibki, son 5 il ərzində profilaktik peyvənd təqviminə B tipli hemofil infeksiyaya qarşı, pnevmokok əleyhinə vaksinlərin, bu ilin fevral ayından isə inaktivləşdirilmiş poliomielit vaksininin tətbiq edilməsi Azərbaycanda uşaqların 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin edib.

O deyib ki, malyariya əleyhinə aparılan məqsədyönlü kompleks əksepidemik tədbirlər nəticəsində malyariya ilə xəstələnmə səviyyəsi ilbəil azalıb, 2013-cü ildən etibarən yoluxma halları qeydə alınmayıb:

"Azərbaycan ərizisində malyariyanın tam ləğvinə nail olunub".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.