Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib.
APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.
Zığ şosesi istiqamətində hərəkətdə olan 10 TE 797 dövlət qeydiyyat nişanlı MAN markalı avtobusun təkər hissəsində qəfil alışma baş verib. Qatı tüstü 21 nömrəli marşrut avtobusun salonuna daxil olduqdan sonra sürücü sərnişinləri avtobusdan düşürüb və baş verən yanğına müdaxilə etməyə çalışıb.
Qeyd edək ki, bu, 21 nömrəli marşrut üzrə hərəkət edən avtobuslarda baş verən ilk yanğın hadisəsi deyil. Analoji hadisə bu ilin fevralında "Xətai" metro stansiyası qarşısında baş verib. O zaman da hərəkətdə olan MAN markalı sərnişin avtobusunun təkər hissəsi yanıb. Yanğının ilkin ekspertizası ilə bağlı verilən rəydə qeyd olunub ki, sözügedən avtobus texniki yoxlanışdan keçməyib və nasaz şəkildə idarə olunub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.