Son günlər qarpızdan zəhərlənmə halları artmaqdadır. Əksər hallarda insanlar qarpızdan zəhərlənmənin səbəbini tez yetişmək üçün qarpıza vurulan dərmanlarla əlaqələndirirlər.
Lakin mütəxəssislər zəhərlənmənin əsas səbəbinin qarpız olmadığı qənaətindədirlər.
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktor vəzifələrini icra edən Rəşad Vahabzadə bildirib ki, avqust ayında bitən bostan bitkiləri dərmanlı olmur.
O qeyd edib ki, Nəzarət Mərkəzi Azərbaycanda açıq bostan şəraitində yetişdirilən kənd təsərrüfatı məhsulları üzərində kimyəvi və toksikoloji müayinələr aparır.
R.Vahabzadə bildirib ki, qarpız məhsulları üzərində aparılan laborator müayinələr avqust ayının ilk günlərində də davam etdirilib. Onun sözlərinə görə, müayinələr zamanı məlum olub ki, qarpız məhsulunda toksiki birləşmələr, nitrat və pestisid qalıqları yol verilən həddən artıq olmayıb: "Bu da onu göstərir ki, hazırda qarpızlarla bağlı narahatlığa heç bir əsas yoxdur" Həkim mütəxəssislər də zəhərlənmənin yalnız qarpız ilə bağlı olmadığını düşünürlər. Qeyd olunur ki, zəhərlənmənin səbəbi başqa qidalar da ola bilər, sadəcə qarpız mədə və bağırsaqlarda mayeni artırdığı üçün həzm orqanlarında olan faydalı qidalarla yanaşı, zərərli bakteriyaların sovrulmasını da sürətləndirir və ona görə də bir çox hallarda problem qarpızdan sonra yaranır. Eyni zamanda mütəxəssislər qarpızı yeməzdən əvvəl onun köhnə olmadığına, uzun müddət qızmar günəş altında saxlanmadığına diqqət yetirməyi tövsiyyə edir. Həmçinin qarpızı kəsdikdən sonra uzun müddət açıq havada və ya soyuducuda saxlamaq da məsləhət görülmür. Çünki belə hallarda da zəhərlənmə baş verə bilər.
Qeyd edək ki, mövsüm başlayandan bu günə qədər Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən aparılan müayinələr nəticəsində 3992 kiloqram qarpız yararsız olduğu üçün satışdan çıxarılaraq məhv edilib.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.