2015-ci ilin əvvəllində ailə quran Hollivud ulduzu Conni Dep və Amber Heard arasında 6 aydır mübahisə davam edirdi.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük uzun mübahisələrdən sonra razılaşıblar.
Conni davasız və sakit şəkildə boşanma qarşılığında Amberə 7 milyon dollar verməyi qəbul edib.
Qeyd edək ki, cütlük arasında mübahisələr Amber Heardın məşhur aktrisa Ancelina Colinin keçmiş sevgilisi Billi Bob Tornton ilə münasibəti olduğu iddia edildikdən sonra başlamışdı.
Məhkəmə C.Depin A.Hearda 90 metrdən artıq yaxınlaşmağa qadağa qoyub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.