banner
banner

İdman

Stadnik gümüş qazandı, Ratkeçiv bürüncü də əldən verdi

Stadnik gümüş qazandı, Ratkeçiv bürüncü də əldən verdi

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Bu gün mübarizəyə iki xanım güləşçimiz qoşulub.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan təmsilçimiz Mariya Stadnikin (48 kq) ilk rəqibi Aleksandra Patrisia Bermudez (Argentina) olub. Stadnik rəqibinə 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi polşalı Nina İvona Matkovska olub.  10:0 hesabı ilə qalib gələn güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib. Stadnikin bu mərhələdə rəqibi Elitsa Yankova (Bolqarıstan) olub. Yarımfinalda 6:0 hesabı ilə qalib gələn Stadnikin vaxtından əvvəl təmiz qələbə ilə finala yüksəlib. O, finalda Erik Tosakla (Yaponiya) qarşılaşıb. Rəqibinə 2:3 hesabı ilə uduzan Stadnik gümüş medalla kifayətlənib.
Digər güləşçimiz Yuliya Ratkeviç 1/8 finalda  Oksana Herhellə (Ukrayna) qarşılaşıb. Rəqibinə 7:5 hesabı ilə alib gələn idmançımız 1/4 finala yüksəlib. İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qarşılaşıb. 7:3 hesabı ilə qalib gələn güləşçimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb. O, yarımfinalda Kaori İşo (Yaponiya) ilə qarşılaşıb.Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirib. Üçüncü olmaq üçün güləşçimiz tunisli Marva Amri ilə üz-üzə gəlib. Rəqibi ilə bacarmayan Ratkeçiv bürünc medal da qazana bilməyib.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.