banner
banner

Gündəm

Rövşən Lənkəranskini kürdlər öldürüblər

Rövşən Lənkəranskini kürdlər öldürüblər

Azərbaycanlı “qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski) İstanbulda güllələnməsi ilə bağlı yeni bir versiya üzə çıxıb. Modern.az xarici mediaya istinadən bildirir ki, o, avqustun 17-də axşam saatlarında İstanbuldakı otellərin birində restoranda öz briqadasının iştirakçıları ilə görüşüb.

Bu görüşdə “qanuni oğru”lardan Temuri Nemsitveridze (Tsripa), Roin Uqlava (Mateviç), Dato Çuradze və başqaları olublar. Görüşdən çıxan Rövşən “Range Rover”in arxa oturacağına əyləşib. Arxadakı maşında isə onun mühafizəçiləri funksiyasını yerinə yetirən şəxslər olublar.

“Range Rover” gözlənilmədən güclü atəş altına düşüb. Atəşi ən azı 3 nəfərin açdığı bildirilir.

“Rövşənin öldürülməsinin icraçıları kürdlər olublar. Onlar artıq çoxdandır Ded Xasanın güllələnməsinin təşkilatçısı kimi Lənkəranskidən itiqam almaq istəyirdilər. Aydındır ki, bunun üçün kürdlərə “qanuni oğru”lar yaxşı pul veriblər”, - etibarlı mənbə bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.