banner
banner

Gündəm

Lənkəranskinin ardınca killerlər başqa “oğru”ların ovuna çıxıb

Lənkəranskinin ardınca killerlər başqa “oğru”ların ovuna çıxıb

İstanbulda güllələnən Rövşən Canıyevdən başqa killerlər bir sıra “qanuni oğru"ların ovuna çıxıblar.

Bu barədə “Rosbalt”a mövcud dairələrdəki vəziyyətə yaxından bələd olan mənbə bildirib.

Mənbənin məlumatına görə, “qanuni oğru” Rövşən Canıyevin qətli ilə kriminal müharibə sona çatmayacaq.

“Killerlər Rövşənin daxil olduğu klana aid bir qrup “qanuni oğru"nun qətlinə dair “sifariş” alıblar. Onların arasında Antalyada yaşayan Merab Canqveladze də var. Killerlər onu da izləyirlər.

Bundan başqa Cemal Mikeladze də - hazırda Rusiyadan İtaliyaya ekstradisiyasını gözləyir,- həbsxananın astanasından çıxan kimi gülləyə tuş gələ bilər",- deyə agentliyin həmsöhbəti bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.