Müğənni Sinan Akçıl ata olan dostunu təbrik etmək üçün Fəthiyəyə gedib.
34 yaşlı müğənni dostunun uşağını qucağına alaraq çəkdirdiyi fotonu sosial mediada paylaşıb.
S.Akçıl qeyd edib ki, ata olmaq dünyanın ən gözəl hissidir:
“İndi deyil, amma bir gün olacaq. O hissləri yaşadığım biri olduğu vaxt… Əlbəttə o gələcək”, - deyən ifaçı sevdiyi biri qarşısına çıxdığında ata olmaq istədiyini ifadə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.