banner
banner

Dünya

Lotoreyada 14 milyon dollar uddu

Lotoreyada 14 milyon dollar uddu

Kanadalı pensiyaçı Leon Hirtl lotereyada təxminən 14 milyon dollar udub.

Təqaüdçü Yeni Şotlandiya əyalətində yaşayır. Ömrü boyu balıqçı olub və iki il əvvəl pensiyaya çıxıb.

Pensiyaçı lotereya biletini yerli aptekdən alıb.

“Uduşlu bileti göstərdiyim qız uzun müddət inanmadı ki, mən milyoner olmuşam. O, bütün iş yoldaşlarını çağırdı və onlar bileti bir yerdə yoxladılar”,- deyə təqaüdçü jurnalistlərə bildirib. O, hələlik milyonları ilə nə edəcəyini bilmədiyini deyib.

Qeyd edək ki, “Atlantic Lottery” Kanadada 1976-cı ildən uduşlar keçirir. Bu müddət ərzində uduşlu məbləğ 5,5 milyard dolları keçib.//ANS PRESS

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.