banner
banner

Hərbİ

Apreldə yaralanan 18 əsgər hələ də hospitaldadır

Apreldə yaralanan 18 əsgər hələ də hospitaldadır

Aprel döyüşlərində yaralanan erməni hərbçilərin 18 nəfəri hələ də hospitalda müalicə olunur. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mərkəzi klinik hospitalının rəisi Aram Asaturyan deyib.

Onun sözlərinə görə, yaralıların vəziyyəti qənaətbəxşdir, bir hissəsi hələ də reanimasiya şöbəsindədir. İki əsgərin – Roland Saakyan və Avetis Zarqaryanın vəziyyəti isə digərləri ilə müqayisədə daha ağırdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.