banner
banner

Gündəm

Naim Süleymanoğlu ''Gülən camaatı'' ilə münasibətlərindən danışdı

Naim Süleymanoğlu ''Gülən camaatı'' ilə münasibətlərindən danışdı
Türkiyənin  dünyaca məşhur  keçmiş  ağır atleti  Naim Süleymanoğlu 90-cı illərdə Fətullah Gülənin bir videosunda "Naim Süleymanoğlunu heç sevmirəm" deməsinə aydınlıq gətirib.
 
Avropa.info xəbər verir ki, dünyaca məşhur idmançı N.Süleymanoğlu Fətullah Gülənin ona qarşı MİT-də işləyən bir qohumu səbəbindən nifrət etdiyini deyib.
 
"Gülən 1990-cı ildə axtarışda olarkən  Burdurda  yaxalanıb İstanbula gətirilir. MİT-in  Beşiktaş Yıldızdakı  mərkəzində sorğuya çəkilir. Onu mühakimə edən də, hazırda təqaüdçü olan MİT-də çalışan bir qohumum idi. İfadəsində şəkər və təzyiq xəstəsiyəm deyib. Bir müddət sonra da Ankaradan gələn bir telefon zəngi ilə sərbəst buraxıldı. Mənim qohumum da dindirərkən ona bir neçə şillə vurub. Qohumum olduğunu öyrənəndən sonra, mənə qarşı mediada kampaniya başlatdı.
  
90-cı illərdə  idman arenalarında bunlar görüşlər keçirirdilər. Çoxlu sayda insanlar gedib bunların söhbətlərinə qulaq asırdı. Məni həm mühafizə edən polislər, həm də dövlətin əhəmiyyətli yerlərindən vətənpərvər insanlar bu toplantılarda iştirak etməkdən çəkindirirdilər. Deyirdilər ki, diqqətli ol. Sən indi gündəmdəsən. Dünya, Türkiyə səndən danışır. Bunların şousuna alət olma.
 
Camaat iclaslarına qatılmadığım üçün məni hədəf seçdilər. Sonrakı dövrlərdə qoruma polisim də əlimdən alındı. Əhəmiyyətli yerlərdə rəhbərlik etməyimi mane oldular. Təkliflərinə xeyr deyincə mənə qarşı yönəldilər" - deyə Naim Süleymanoğlu qeyd edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.