Aktyor Cavit Çetin Güner həmkarı İsrafil Kösenin yol qəzasında dünyasını dəyişməsindən təsirlənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Diriliş Ertuğrul” serialında “Doğan” rolunu canlandıran Güner, son zamanlar Türkiyədə baş verən yol qəzalarının artmasından dərin üzüntü hissi keçirdiyini bildirib.
Sosial mediada İ.Kösenin fotosunu paylaşan aktyor bundan sonra motosiklet sürməyəcəyini yazıb:
“Ətrafda məsuliyyətsiz bu qədər sürücü olduğu zamanda motosiklet sürmək çox təhlükəli olur. Mən də motosikleti tərk edirəm. Məndən bu qədər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.