Olimpiya çempionumuz: “Bütün döyüşlər gərgin keçdi”
“Çempion olduğum üçün çox şadam”.
Qol.az xəbər verir ki, bunu futbolxeber.az-a açıqlamasında Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı çempionu Radik İsayev deyib.
Rioda ölkəmizə yeganə qızıl medalı qazandıran taekvandoçu əldə etdiyi uğuru əziyyətinin bəhrəsi kimi dəyərləndirib: “Çalışdım, əziyyət çəkdim, yekunda da istəyimə çatdım. Bu, ümumi kollektivin qələbəsidir. Hazırda hər hansı xüsusi hiss keçirmirəm. Sadəcə, çox yorğunam”.
İsayev döyüşləri ilə bağlı sualı belə cavablandırıb: “Döyüşlər 1 nəfəsə keçdi. Hər bir döyüş gərgin idi”. Cia.az
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.