Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Göteborq" (İsveç) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Qol.az-ın “Qarabağ”ın saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov avqustun 24-də "Azərsun Arena"nın mətbuat zalında saat 18:00-da media mənsublarının önünə çıxacaq.
“Qarabağ”ın son məşqi isə saat 18:30-da klubun Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Göteborq"un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İsveç təmsilçisinin baş məşqçisi isə son məşqdən sonra, saat 21:00-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, avqustun 25-də keçiriləcək "Qarabağ" - "Göteborq" oyunu saat 20:30-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.