banner
banner

Hərbİ

Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatıb

Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatıb
Avqustun 22-dən Hərbi Dəniz Qüvvələrində başlayan təlimlər bu gün sona çatıb.
Musavat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 3000 nəfərədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusunun iştirakı ilə baş tutan təlimlər bir neçə mərhələdə həyata keçirilib.
Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların cəlb olunduğu təlimlərdə şəxsi heyət qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetirib.
 
Təlimlərin döyüş atışlı əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.








Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.