banner
banner

Dünya

Meksikada quldurların hücumu zamanı 5 polis yaralanıb

Meksikada quldurların hücumu zamanı 5 polis yaralanıb
Meksikada quldurların hücumu zamanı 5 polis əməkdaşı yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Tamaulipas şəhərində qeydə alınıb. Cinayətkarlarla atışma zamanı güllələrdən biri polis maşınının benzin çəninə düşüb və avtomobil əvvəlcə yanıb, sonra isə partlayıb. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.
Federal polis quldurların axtarışına başlayıb.
 
Bu, son günlər Meksika polisinə ikinci hücumdur. Bir qədər əvvəl Herrero ştatında da polis cinayətkarların hücumuna məruz qalmışdı və 3 asayiş keşikçisi yaralanmışdı. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.