Bu gün İsveçin Stokholm şəhərində “Nobel” sülh mükafatının fiziologiya və tibb üzrə ilk mükafatçısının adı açıqlanacaq.
APA-nın mükafatın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Nobel həftə”sinin ilk günündə qalibi Nobel Komitəsinin fiziologiya və tibb üzrə katibi Göran K.Hanson elan edəcək.
Oktyabrın 7-də İsveç Krallığı Elmlər Akademiyasının icra katibi Staffan Normak fizika üzrə mükafatçını elan edəcək. Oktyabrın 8-də isə Staffan Normark kimya üzrə Nobel mükafatçısının adını açıqlayacaq.
Dünya ictimaiyyətinin daha çox diqqətdə saxladığı Nobel Sülh Mükafatının təqdim olunması oktyabrın 10-da baş tutacaq. Mükafat sahibinin adını Norveç Nobel Komitəsinin sədri Torbyorn Yaqland elan edəcək.
Alfred Nobelin xatirəsinə Sveriqes Riksbank Mükafatı oktyabrın 13-də İsveç Akademiyasının katibi Peter Enqlund tərəfindən laureata təqdim olunacaq. Ədəbiyyat üzrə mükafatın təqdimatının vaxtı isə ənənəyə görə daha sonra açıqlanacaq.
Qeyd edək ki, Nobel Sülh Mükafatına namizədlər arasında BMT-nin baş katibi Pan Gi Mun, ABŞ xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Eduard Snoued, Avropa Birliyinin beynəlxalq əlaqələr və təhlükəsizlik üzrə komissarı Ketrin Eşton və ABŞ prezidenti Barak Obamanın da adı var.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.