banner
banner

Dünya

Türkiyədə MİT və polis birgə əməliyyat keçirib

Türkiyədə MİT və polis birgə əməliyyat keçirib
PKK terror təşkilatının gənclər qolu olan YDG-nin Egey bölgəsi üzrə lideri Türkiyə Milli İstihbarat Təşkilatı və polisin birgə keçirdiyi əməliyyat nəticəsində yaxalanıb. 
 
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunan T.A.nın Şimali İraq bölgəsində həm silahlı, həm ideoloji təhsil aldığı bildirilir.
 
Terrorçunun şərqi və cənub-şərqi Anadolu bölgələrində  xəndək qazma hadisələrini Egey bölgəsində təkrarlamağı planlaşdırdığı üzə çıxıb. T.A-nın gəncləri və uşaqları aldadaraq əhəmiyyətli günlərdə küçəyə çıxarıb polislə qarşı-qarşıya gətirmək üçün planları da istintaqa bəlli olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.