Müğənni Selena Qomez İnstaqramda özünün ən maraqlı selfisini paylaşıb.
Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, müğənni güzgülü tavandan istifadə edərək yataqda öz fotosunu çəkib.
Şayiələrə görə, o bunu müğənni Castin Biberin diqqətini çəkmək üçün edib. Onların son zamanlar bir məkanda olarkən bir-birinə qarşı davranışları paparatsilərin diqqətindədir.
Xatırladaq ki, uzun müddət bir yerdə olan, hər zaman bir-birinə dəstək olan cütlük bu il ayrılıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.