banner
banner

Gündəm

“Əli İnsanov sakit və nikbindir”

“Əli İnsanov sakit və nikbindir”
Azadlığa çıxmasına 57 qalmış yeni cinayətlərdə suçlanaraq  barəsində cinayət işi başlanan və 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən sabiq səhiyyə naziri Əli İnsanovdan xəbər var. Belə ki, vəkili Toğrul Babayev onunla təcridxanada görüşüb. 

Görüş barədə vəkil “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Əli İnsanov deyir ki, burada su pulla verilir. Təcridxana çox isti olur. Sərinkeş yoxdur. Digər dustaqlara necə münasibət varsa, Əli İnsanova da elədir. Bizim əlavə cinayət maddələrinin irəli sürülməsi ilə bağlı apelyasiya şikayəti vermək hüququmuz var idi. Amma məsələ burasındadır ki, Əli İnsanovla bağlı qərar həbs qətimkan tədbirinin seçilməsi deyil. Bu etapla əlaqədar seçilib. Onun barəsində oktyabrın 20-ə qədər hökm qərarı var idi. Bununla əlaqədar etap barədə qərar seçdilər, oktyabrın 23-ə qədər. Qərardan şikayət vermədik. Çünki məhkəmə etap barədə qərar verdi, saxlanılması barədə yox. Oktyabrın 23-ə qədər istintaqın bitəcəyi barədə fikir söyləmək çətindir. Bunu ən yaxşı prokuror bilir. Əli İnsanov bütün ittihamları rədd edir. Hesab edir ki, onu həbsdə saxlamaq üçün belə düşünülmüş ssenaridən istifadə edirlər. Heç bir məntiqə uyğun gəlmir ki, 11 il cəza çəkən şəxs azadlığa çıxmasına 57 gün qalmış Penitensiar Xidmətin əməkdaşına bir akta görə hücum etsin. Akt cırılıbsa, təzədən yenisi ilə əvəzlənsin. İnandırıcı ola bilməz ki, aktla bağlı əməkdaşa hücum eləsin, onu itələsin, başı divara dəysin. Əli İnsanov bu ittihamların heç birini qəbul etmir. Guya Əli İnsanovun xəsarət yetirdiyi əməkdaşı  - Anar Məmmədovu tanımırıq, yalnız onu bilirik ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin işçisidir, zabitdir. Hüquqlarını müdafiə etdiyim şəxs qarşıda keçiriləcək məhkəmədən ədalətli heç nə gözləmir. Son dərəcə sakit və nikbindir. Səhhəti də normaldır. Bizim əvvəldən əlavə cinayət işinin açılacağı barədə ehtimallarımız var idi.
 
Xatırlayırsınızsa, iyun ayında belə bir xəbər mətbuatda yayılmışdı ki, İnsanova qarşı belə bir cinayət işi qaldırılıb. Bu məlumatları təkzib etmişdik. Əli İnsanovla bağlı bu barədə söhbətimiz olanda demişdik ki, son dərəcə ehtiyatlılığı qorumaq lazımdır. O bizə demişdi ki, nə qədər ehtiyatlı olsam da, hər hansı bir əməkdaş, şəxs üzümə durub hansısa hadisəni törətdiyimi deyə bilər, çünki bura qapalı yerdir. Onun 70 yaşı var, alim adamdır. Cəza çəkdiyi 11 illik müddətdə həbsxanada heç bir qanun pozuntusuna yol verməyib. O ki qaldı kiməsə hücum eləsin, xəsarət yetirsin”.
 
Qeyd edək ki, sabiq nazirlə bağlı istər hakimiyyət yetkililəri, istərsə də, İnsanovun doğulduğu qərbi Azərbaycan kökənli şəxslər fikir bildirməyə çəkinirlər. Çoxsaylı tanınmış Qərbi azərbaycanlıdan İnsanov barədə fikir almağa çalışsaq da, birmənalı şəkildə danışmaqdam imtina etdilər. Hətta İnsanovla bağlı yazılarda adlarının çəkilməsini istəmədiklərini vurğuladılar...

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.