Aprel döyüşlərində ermənilər 300 nəfərdən artıq itki verib - RƏSMİ
Ermənistan hakimiyyətinə müxalif “Sasna Tsrer” silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dən artıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir.
Göstərilən bu rəqəmlər yalnız Ermənistandan orduya çağırılanların sayını əks etdirir. Düşmən tərəfi Silahlı Qüvvələrimizin məhv etdiyi Dağlıq Qarabağ ərazisindən çağırılanları və muzdluları yenə də qəsdən gizlədir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan müxalif “Sasna Tsrer” qüvvələrinin Ermənistanın aprel döyüşlərində 150-dən artıq əsgərinin ölməsi, 200-dən çoxunun isə yaralanması barədə açıqlamasını şərh edərkən bildiriblər.
Mətbuat xidmətindən qeyd ediblər ki, bunlar da nəzərə alınsa, aprel hadisələrində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır.
"Yaralıların bir çoxunun vəziyyəti hələ də ağır olaraq qalır ki, bu da itkilərin sayının artacağını istisna etmir.
Azərbaycan Ordusunun zərbəsindən bir neçə ay sonra özünə gələn Ermənistandakı bəzi siyasətbazlar və hərbi cinayətkarlar aprel döyüşlərini şərh edərkən, guya güclü müqavimət göstərdiklərindən Azərbaycan tərəfinin hərbi əməliyyatları dayandırmağa məcbur olması barədə absurd fikirlər də səsləndirirlər.
Azərbaycan əsgərinin silahının gücünün bir qismini üzərində hiss edən erməni tərəfi yaxşı bilir ki, bu addım erməni təxribatının qarşısının alınmasının nəticəsi idi.
Bir daha bildiririk ki, əgər erməni tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməzsə bu, Ermənistandakı hərbi-kriminal rejimin məhvinə, onların şəxsi faciəsinə və erməni xalqının mənasız itkilərinə səbəb olacaq", - deyə mətbuat xidmətindən bildiriblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.