banner
banner

Sosİal

Azərbaycanda həkimlərin sayı azalıb

Azərbaycanda həkimlərin sayı azalıb

Azərbaycanda həkimlərin və orta tibb işçilərinin sayı azalıb.

Trend-in Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycanda 32 756, 2016-cı ilin əvvəlində isə 32 458 həkim olub.

Ölkədə əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 2013-cü ildə 35 nəfər, 2014-cü ildə 34,7 nəfər, 2015-ci ildə 34,6 nəfər, 2016-cı ilin əvvəlində isə 33,9 nəfər olub.Həkimlərin və orta tibb işçilərinin sayının azalması səhiyyə sistemində aparılan islahatlarla izah edilir.

 

Ölkədəki həkimlərin çoxu terapevtlərdir. Bu ilə olan məlumata görə, ölkədəki həkimlərin 8 212-i terapevt, 3 493-ü cərrah, 1 884-ü ginekoloq, 3 882-i pediatr, 2 641-İ stomatoloq və diş həkimi, 1 309-u şüa diaqnostikası üzrə həkim, 900-ü oftalmoloq, 505-i otolarinqoloq, 986-sı nevropatoloq, 311-i psixiator, 91-i narkoloq və s-dir.

 

Azərbaycanda həkimlərlə yanaşı, orta tibb işçilərinin də sayı azalır. 2015-ci ildə Azərbaycanda 56 148 orta tibb işçisi olduğu halda, 2016-cı ildə onların sayı 54 900-ə enib. 2015-ci ildə əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işçilərinin sayı 59,3 nəfər, 2016-cı ildə isə bu göstərici 57,3 olub.

 

2015-ci ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri tərəfindən hazırlanmış mütəxəssislərin sayında da azalma müşahidə edilir. 2014-cü ildə tibb ixtisasları üzrə dövlət ali təhsil müəssisələri tərəfindən 1 141, 2015-ci ildə isə 934 mütəxəssis hazırlanıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.