banner
banner

Sağlamlıq

Diş məcunları üzərindəki xətlərin mənası

Diş məcunları üzərindəki xətlərin mənası

Diş məcununuzun tərkibindən xəbərdarsınızmı? O, təbii tərkibə malikdir, yoxsa süni? Tərkibində hansı müalicəvi komponentlər var?

Aldığınız diş məcununun sizə faydalı və ya zərərli olduğunu müəyyənləşdirməyin sadə yolu var. Diş məcunu qablaşdırması üzərindəki xətt kiçik şriftlərlə yazılanlardan daha mühüm məlumatları əks etdirir. Aşağıda sizlərə həmin xətlərin mənasını izah edəcəyik.

Qara — diş məcununda təbii komponent yoxdur, yəni tamamilə sintetikdir.

Qırmızı — qabdakı təbii tərkib süni əlavələrə malikdir.

Göy — təbii tərkibə müalicəvi inqrediyentlər daxildir.

Yaşıl — istifadə etdiyiniz məhsulun kimyəvi əlavəsiz, təbii maddələrdən ibarət olduğunu ifadə edir.

Odur ki, diş məcunu aldığınız zaman üzərində yaşıl xətt olan diş məcunlarına üstünlük verməyiniz tövsiyə edilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.