“Beşiktaş” heyətini daha bir futbolçu ilə gücləndirib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Qara Qartal” Gökhan İnleri transfer edib. Təcrübəli futbolçu ilə “2+1” illik müqavilə imzalanıb.
İnler “Beşiktaş”da 2 ilinə 3 852 000 avro qazanacaq. 2017-2018 mövsümündə o, minimum 23 oyunda meydana çıxsa, müqaviləsi daha bir illiyinə artırılacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçu daha əvvəl “Bazel”, “Aarau”, “Sürix”, “Udineze”, “Napoli” və “Lester”də forma geyib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.