banner
banner

İdman

Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Qol.az-ın Güləş federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 

66 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov ardıcıl olaraq Türkmənistan, Rumıniya, Qırğızıstan təmsilsilçilərini məğlub edib. 

Yarımfinalda Qazaxstandan olan rəqibinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

Həlledici görüşdə İslambek Ermənistan təmsilçisini məğlub edərək Dünya çempionatının bürünc medalına sahib olub. 

84 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. 

Finalda rəqib Türkiyə təmsilçisi Ali Cengiz olub. Gərgin keçən görüşü qələbə ilə başa vuran İslam Abbasov Dünya çempionatının qızıl medalını qazanıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.