Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev avqustun 24-də keçirilən məhkəmə prosesində maliyyə naziri Samir Şərifovun ünvanına bəzi ittihamlar səsləndirib.
C.Hacıyev iddia edib ki, ölkədə devalvasiyanın baş verməsinin səbəbkarı Samir Şərifovdur: “Samir Şərifov dövlət rəhbərliyini aldadıb. 2014-cü ildən Beynəlxalq Bank 25 milyon xalis mənfəətlə çıxıb. Mən oxuyuram, görürəm və bilirəm ki, internetdə insanlar arasında Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər. Onun devalvasiyanın səbəbkarı olduğu yazılır. Amma inanın ki, onun devalvasiyaya aidiyyəti yoxdur. O bunun əleyhinə idi. Bir gecənin içində 34 faizlik devalvasiyanın tək müəllifi Samir Şərifovdur. Devalvasiya olmalı idi. Ancaq bu şəkildə yox, tədricən. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur”.
Qeyd edək ki, bundan əvvəl də mətbuatda bir neçə dəfə oxşar fikirlər yazılıb. İddia edilib ki, kəskin devalvasiyanın tərəfdarı məhz S.Şərifov olub və öz fikirlərini əsaslandıraraq manatın kəskin ucuzlaşdırılmasına nail ola bilib. Ekspertlər yenidən məhkəmə müstəvisində səsləndirilən bu fikrə münasibət bildiriblər. Keçmiş bankirin dediklərinə münasibət birmənalı deyil.
Ekspert Qadir İbrahimli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, devalvasiya planını hansısa fərdin ayağına yazmaq düzgün deyil: “Peşəkar yanaşma deyil. Ola bilər ki, kimsə hansısa fikir tərəfdarı ola bilər, belə məsələlər adətən kollegial şəkildə qəbul olunur. Yəni burada həm maliyyə nazirinin, həm Mərkəzi Bank sədrinin, həm iqtisadiyyat nazirinin məsuliyyət payı var. Bu məsələlər konkret müzakirələrdən sonra qəbul edilib. İkinci tərəfdən, dövlət başçısı yanvar ayında, devalvasiyadan əvvəl bildirmişdi ki, manatın kursunu artıq indiki şərtlər daxilində saxlamaq olmaz. O başqa məsələdir ki, belə kəskin devalvasiya ilə bağlı qərarın qəbul edilməsində fərdlərin müəyyən payı var. O cümlədən Cahangir Hacıyevin payı var. Çünki devalvasiya ilə bağlı prezidentin xəbərdarlığından sonra Beynəlxalq Bankın rəhbəri özünə yaxın şəxslər vasitəsilə 6 milyard manata yaxın vəsaiti dollara çevirə bilmişdi. Dövlət başçısı özü də devalvasiyadan sonra dolayısı ilə bu məsələyə toxunmuşdu”.
İqtisadçı alim Vüqar Bayramov isə musavat.com-a qeyd edib ki, qərarlar birbaşa Mərkəzi Bank, yaxud Maliyyə Nazirliyi tərəfindən deyil, daha çox müzakirə edilmiş formada verilib: “Həmin dövrdə Maliyyə Nazirliyinin fiskal deyil, həm də monetar siyasətə təsir imkanları geniş idi. Devalvasiya ilə bağlı qərarın yalnız Mərkəzi Bank tərəfindən verildiyini də güman etmirəm. Həmin qərara xüsusən də maliyyə nazirinin təsiri olub. Amma kim həmin qərarın verilməsində daha çox maraqlı olub, bunu söyləmək çətindir. Bu, mətbəxdə müzakirə olunan məsələlərdir, açıq deyil. Cahangir Hacıyevin açıqlamasına gəldikdə isə deyə bilərəm ki, o, vəzifəsində olan zaman devalvasiya ilə bağlı mətbuata heç bir açıqlama verməyib”.
Ekspert Əkrəm Həsənov isə “xəbər365"ə devalvasiyanın Samir Şərifovun istəyi ilə baş vermədiyini deyib:”Devalvasiya obyektiv bir prosesdir. Bu proses Azərbaycanda ona görə baş verib ki, ölkənin dollar gəlirləri və dollar ehtiyatları azalıb. Təbii ki, dollar ehtiyatı azalan halda devalvasiya qaçılmaz idi. Əslində Azərbaycanda devalvasiya bir neçə il bundan əvvəl baş verməli idi. Hətta Elman Rüstəmov Moskvada 2010-cu ildə müdafiə etdiyi doktorluq dissertasiyasında belə yazmışdı ki, neftin pik həddi Azərbaycanda 2011-ci ildir. Buna görə də problemlərə hazırlıqlı olmaq və valyuta siyasətini dəyişmək lazımdır. Elmar Rüstəmov elmi əsərində bunu yazmışdı, amma praktikada tətbiq etmədi. Yəni Azərbaycanda tədricən devalvasiya başlamalı idi, 2012-ci ildən olmalı idi. Belə olsaydı, Azərbaycan bu qədər problemlə üzləşməzdi".
İqtisadçının sözlərinə görə, devalvasiyanın baş verməsində Cahangir Hacıyevin rolu daha çoxdur: “2015-ci ilin əvvəlində Mərkəzi Bank manatın məzənnəsini zorla saxlamışdı. İmkan yaratmışdı ki, banklar dollar alveri ilə məşğul olsunlar, dolları kütləvi şəkildə alırdılar, Cahangir Hacıyev də o cümlədən. Bununla da Azərbaycanın valyuta ehtiyatlarını azaldırdılar. Samir Şərifov da belə vəziyyətdə dövlətin maliyyə sisteminə cavabdeh şəxs kimi Azərbaycanın valyuta ehtiyatlarının azalmasının qarşısını aldı. Devalvasiya məhz buna görə lazım idi ki, valyuta ehtiyatlarımız tam bitməsin. Bu baxımdan, Samir Şərifov Azərbaycan dövlətinə pislik etməyib. Əksinə, Cahangir Hacıyevlə Elman Rüstəmovun etdiyi pisliyin, yəni kütləvi şəkildə dollar alaraq Azərbaycanın valyuta ehtiyatlarının azalmasının qarşısını alıb. Samir Şərifovu devalvasiyada günahlandırmaq axmaqlıq olardı. Samir Şərifovu başqa məsələdə günahlandırmaq olar, o da Beynəlxalq Bankın fəaliyyətinə görə. Yəni Beynəlxalq Bankın kimə gəldi, necə gəldi iri məbləğlərdə kredit verməsinə görə. Buna görə Samir Şərifovu günahlandırmaq olar, milli valyutanın devalvasiyasına görə yox”.
İqtisadçı-ekspert Qubad İbadoğlu da hesab edir ki, Samir Şərifovun təklifi düzgün qərar olub: “Devalvasiya bir növ zərurətə çevrilmişdi. Azərbaycanın iqtisadiyyatı haqqında məlumatı olan və onun o vaxtkı durumunu təhlil edən hər bir şəxs bilir ki, həm daxili, həm də xarici faktorlardan asılı vəziyyətdə, eyni zamanda təzyiq altında olan manatı saxlamaq üçün ölkədə valyuta bazarını devalvasiya hesabına tənzimləməkdən başqa alternativ yox idi. Ona görə mən hesab etmirəm ki, Samir Şərifovun devalvasiya ilə bağlı təklifi düzgün olmayıb və vaxtında həyata keçirilməsi səhvdir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.