banner
banner

Sosİal

Parlamentin qarşısında aksiya...

Parlamentin qarşısında aksiya...

Bu gün şəhid ailələri və Qarabağ qazilərinin bir qrupu Milli Məclisin binası qarşında aksiya keçirib.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçıları onlara çatası 11 min manatlıq sığortanın (qanpulu) verilməsini tələb ediblər. Aksiyada Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov və qurumun digər rəhbər şəxsləri də iştirak ediblər.

Deputatlar Fazil Mustafa və İqbal Ağazadə aksiya iştirakçılarını dinləyərək, onlara fikirlərini çatdırsalar da, etirazçılar israrla Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovla görüş tələb ediblər.

F.Mustafa deyib ki, əslində, burada Milli Məclisə aid bir şey yoxdur. Belə ki, Konstitusiya Məhkəməsi yanlış olaraq, qaziləri və şəhid ailələrini parlamentə yönləndirib.

İclas başlayan ərəfədə Z.Əsgərov və MM-in Aparat rəhbəri Səfa Mirzəyev aksiya iştirakçıları ilə görüşə gəliblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.