banner
banner

Gündəm

Türkiyədə Azərbaycan əsilli məşhur iş adamı vəfat edib

Türkiyədə Azərbaycan əsilli məşhur iş adamı vəfat edib

Türkiyədə Azərbaycan əsilli iş adamı, “Bahçıvan Gıda” şirkətinin qurucusu və şirkətin İdarə Heyətinin sədri, "Pendir kralı" adlandırılan Məcid Bahçıvan 85 yaşında vəfat edib.

M.Bahçıvanın cənazəsi sabah İstanbulda Fatih məscidində qılınacaq günorta namazından sonra Ədirnəqapı şəhidliyində dəfn ediləcək.

Qeyd edək ki, M.Bahçıvan 1931-ci ildə İrəvanda tanınmış azərbaycanlı ailəsində anadan olub. 1930-cu illərin sonlarında ailəsi ilə birlikdə öncə İrana, iki il sonra isə Türkiyəyə köçüb.

M.Bahçıvan 1960-cı illərdə Türkiyədə pendir istehsalı ilə məşğul olmağa başlayıb, Türkiyədə pendir ticarətinin 50 faizinə nəzarət edib.

Buna görə də “Pendir kralı” ləqəbi ilə məşhurlaşıb.

M.Bahçıvan iş adamı kimi fəaliyyəti və sosial layihələrdə iştirakı ilə bağlı Türkiyə Böyük Millət Məclisinin “Ali Xidmət” mükafatına layiq görülüb. (APA)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.