Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan “ qanuni oğru”ların iştirakı ilə baş tutan “sxodka”nın yeni təfərrüatları bəlli olub. Kriminal “sxodka”da əsasən, “Rövşən Lənkəranski”yə yaxın olan gürcü avtoritetlər iştirak ediblər.
Kriminal yığıncaq “Lənkəranski”nin yaxın dostu Merab Canqveladzenin (“Merab Suxumski”) rəhbərliyi altında keçirilib. Buna qədər yayılan xəbərlərdə deyilirdi ki, tanınmış oğrular Merab Baxiya, “Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ilə baş tutan "sxodka"da “Rövşən Lənkəranski”nin qətlinin təşkilatçı və icraçılarına ölüm hökmü çıxarılıb.
“Yeni Müsavat” xəbər verir ki, həmin “sxodka”da qeyri-millətlərdən olan avtoritetlərin Rusiyadan sıxışdırlıb çıxarılması da müzakirə mövzusu olub. Slavyan mənşəli avtoritetlərə qarşı yeni cəbhənin açılması da qərarlaşdırılıb. Rusiyanın rosbalt.ru saytı yazır ki, “sxodka”da gözlənilməz olan bu mövzu müzakirə edilərkən slavyan mənşəli “qanuni oğru”lar - “Petrik” ləqəbli Aleksey Petrov, “Şişkan” ləqəbli Oleq Şişkanov, “Tyurik” ləqəbli Vladimir Tyurin hədəf seçiliblər.
Bu il avqustun 18-də öldürülən “Rövşən Lənkəranski”nin mənsub olduğu klanı “türk” klanı adlandıran sayt yazır ki, “Merab Suxumski” və ətrafı “sxodka”da slavyan “qanuni oğru”ların Rusiya kriminal aləmini ələ keçirdiyini bildirib. Ətrafını slavyanları bu aləmdən “təmizləməyə” çağırıb. “Sxodka”da slavyan “qanuni oğru”ların hazırda Yunanıstanda olan “kriminal general” “Laşa Rustavski”yə dəstək verdikləri qeyd edilib. Laşa Şuşanaşvilinin “Rövşən Lənkəranski”nin qətlində adı keçən, hazırda həbsdə olan yezdi-kürdü “Şakro Molodoy”un əvəzinə onun təmsil etdiyi kriminal qruplaşmaya namizəd olması da qeyd edilib. Bu “sxodka”dan sonra Rusiyada yerli kriminal qruplaşmalarla gəlmələr arasında qanlı “razborka”ların olacağı şübhəsizdir.
Bu arada “Rövşən Lənkəranski” qətlində şübhəli bilinən şəxslə birlikdə axtarışda olması üzə çıxıb. Bu günə qədər “Rövşən Lənkəranski”nin qətli ilə bağlı ümumilikdə 4 nəfər saxlanılıb. “Report” Türkiyə KİV-inə istindən xəbər verir ki, “Rövşən Lənkəranski” güllələnən zaman onun yanında olmuş şəxsin vəziyyəti ağır olaraq qalır. Məlumata görə, həmin şəxsin bədənindən 4 güllə çıxarılıb. Hadisə ilə bağlı Tahir C., Hacıbaba.T., Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb.
Məlumata görə, polis tərəfindən aparılan istintaq işi tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. İstintaq zamanı bu cinayətin çoxyönlülüyü məlum olub. Rusiyada işlətdiyi cinayətlərlə bağlı Hacıbaba T. -nın axtarıldığı da bildirilir.
Polisin məlumatına görə, 2013-cü ildə Başakşehirdə öldürülən Ali Baba Qametovun qətli ilə bağlı “Rövşən Lənkəranski” və Hacıbaba T.İstanbul polisi tərəfindən axtarılırmış. Qeyd edək ki, avqustun 18-də “Rövşən Lənkəranski” İstanbulda Yıldız məhəlləsində aldığı çoxsaylı güllə yaraları nəticəsində xəstəxanada vəfat edib.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.