Maliyyə Nazirliyindən həbsdəki bankirə cavab: “Səfehləmə...”
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar bankın İdarə Heyətinin sabiq sədri və onunla birlikdə təqsirləndirilən şəxslərin işi üzrə keçirilən iclaslarda Maliyyə Nazirliyinin rəhbər şəxsləri haqqında deyilənlərə münasibət bildirməsi üçün “APA-Economics” nazirliyin mətbuat katibi Mayis Piriyevə müraciət edib.
Bankın İdarə Heyətinin sabiq sədrinin keçirilən məhkəmə iclaslarında Maliyyə Nazirliyinin rəhbərliyinin ünvanına səsləndirdiyi ittihamlarla əlaqədar nazirliyin mətbuat katibi deyib ki, bir qayda olaraq qurum səfehləmələrə münasibət bildirmir və bu tip açıqlamaların səviyyəsi hər hansı bir ciddi reaksiya da tələb etmir.
“Yeganə olaraq qeyd edə bilərik ki, müttəhim kürsüsündə əyləşən bankın sabiq rəhbərinin həqiqəti əks etdirməyən və hər hansı fakta söykənməyən boğazdan yuxarı ”açıqlamaları" törətdiyi cinayətləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini törətdiyi və bu gün məhkəmə predmeti olan əməllərindən yayındırmaq və mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi ilə istifadə edilən ucuz fəndlərdən başqa bir şey deyil. Həmin uğursuz fəndlər və manevrlər də nəticə etibarı ilə məhz özünü ifşaedici xarakter daşıyır. Belə ki, həmin şəxsin məhkəmə iclasında etiraf etdiyi kimi, qaytarılmayan kreditlərin ayrılması bilavasitə onun şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilmişdir.
Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulmuşdur (limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi). Bir çox hallarda isə kreditlər bankın İdarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və nəticə etibarı ilə sahibliyi ona məxsus olan müxtəlif ofşor şirkətlərə (Lüksemburqun adını o təsadüfən çəkməyib) ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilmiş və ya nağdlaşdırılaraq mənimsənilmişdir", - deyə açıqlamada qeyd olunub.
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq 1,5 mln. manat limitindən yuxarı məbləğlərdə hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 mlrd. manat, 1,4 mlrd. dollar və 300 mln. avro həcmlərində kreditlər verilib ki, bunların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib: “Eyni zamanda, bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunmuşdur. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmamış qalmaqdadır”.
O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, M. Piriyev deyib ki, bunların sayı 7, ümumilikdə məbləği isə 250 milyon ABŞ dolları və 261 milyon manat təşkil edib ki, bugünkü tarixə qeyd olunan kreditlərin hamısı bağlanıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.