banner
banner

Hərbİ

ABŞ girovlardan xəbərsizdir

ABŞ girovlardan xəbərsizdir

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda saxlanılan Dilqəm Əsgərov və ÇŞhbaz Quliyevə "hökm" oxumasından xəbərsizdir.

ANS PRESS-in ABŞ bürosunun məlumatına görə, bunu ötən gün brifinq keçirən departamentin Jeff Ratke deyib.

Brifinqdə ANS-in Ermənistanda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma məhkəmə prosesi və onlara verilən ədalətsiz qararala bağlı sualını cavablandırmayıb.

"Mənim bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Bunu nəzərdən keçirərəm və brifinqdən sonra çalışaram nəsə öyrənim".

Maraqlıdır ki, Dövlət Departamentinin sözçüləri artıq 2-ci dəfədir ki, Azərbaycan girovları ilə bağlı suallarımızı cavabsız qoyur. "Azadlıq" radiosunun əməkdaşlarının istintqa çağırılmasından dərhal xəbər tutan Departament iyul ayından bəri girovluqda olan Azərbaycanlılar barədə isə hələ də məlumatsızdır.

Mətbuat konfransında erməni jurnalist isə rəsmi Vaşinqtonun "Azadlıq" radiosunun sadəcə bəyanat verməklə kifayətlənməməli olduğunu, radionun bağlanmasının Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərinə niyə təsir etmədiyi haqda israrla sual ünvanlayıb. Jeff Radki isə ABŞ-Azərbaycan münasibətlərini pisləşməsinin nzərdən keşirilmədiyini dedi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.