banner
banner

Gündəm

MTN-in xüsusi işgəncə otağında baş verən dəhşətlər...

MTN-in xüsusi işgəncə otağında baş verən dəhşətlər...
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzində xüsusi olaraq işgəncə avadanlıqları ilə təhciz edilmiş  otaqlar olub. Bu otaqlardan keçən şəxslərin bədənləri üzərində dəhşətli işgəncələrdən əmələ gələn yaralar elə MTN-də ört-basdır olunurmuş. 

Hazırda MTN-in 21 yüksək rütbəli zabiti həbsdədir, işdən çıxarılanlar da “MTN işi” ilə bağlı istintaqa cəlb olunmaqdadırlar. 
 
Gununsesi.info-nun məlumatına görə, Eldar Mahmudovun nazir olduğu dönəmdə rəhbərliyin qanunsuz göstərişlərinə əməl edən digər əməkdaşlar da istintaq prosesində şahid qismində dindirilir. 
 
Belə şəxslərdən biri də MTN-in İstintaq Təcridxanasının sabiq rəisi Zaur Bənnayevdir. Sabiq rəis həbsə alınmayıb, amma “MTN işi” üzrə şahidlərdən biridir. Sayt istintaqa yaxın mənbəyə istinadən yazır ki, işdə zərərçəkən kimi tanınan şəxslər həbs olunarkən işgəncələrə məruz qalıblar. Z.Bənnayevi də bu faktlar üzrə dindiriblər, ona suallar verilib. 
 
Belə aydın olur ki, MTN-in həbs etdiyi şəxslərə işgəncələri təcridxanada deyil, Antiterror Mərkəzində,  xüsusi işgəncə avadanlıqları ilə təchiz olunmuş otaqlarda veriblər. Dəhşətli işgəncələrdən sonra həmin şəxslər MTN-in təcridxanasına aparılıblar. Z.Bənnayevə verilən suallar da təcridxanaya gətirilən şəxslərin bədənləri üzərindəki xəsarət izlərinin qeydə alınmaması ilə bağlı olub. 

Təqsirləndirilən şəxslər istintaqdan MTN-in təcridxanasına təhvil verilərkən qanunsuzluqlara yol verilib, onların  bədənləri üzərindəki dəhşətli işgəncə izləri qeydə alınmayıb, rəsmiləşdirilməyib və prokurorluq orqanlarına işgəncə haqda məlumat verilməyib. Hansı ki, işgəncə izləri ilə təcridxanaya gətirilən vətəndaş barəsində qanunvericiliyin tələblərinə uyğun hərəkətlər aparılmalıdır.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.