Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb.
Bu barədə kənd sakinləri məlumat verib.
Sakinlərin bildirdiyinə görə, Xınalıq kəndi ilə üzbəüz yerləşən Qiblə dağının zirvəsində daha çox qar müşahidə olunur.
Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə də qar yağıb.
Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb. (APA)
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.