banner
banner

Gündəm

Sürücülər yol polisi postlarında dincələ də bilərlər RƏSMİ

Sürücülər yol polisi postlarında dincələ də bilərlər

“DYP-nin şəhərlərarası yollardakı stasionar postlarında sürücülərin istirahəti üçün indi deyil, bir neçə il əvvəldən başlayaraq şərait yaradılıb”.

Bunu azvision.az–a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, respublikanın rayonlararası yollarında günün istənilən vaxtı hərəkət edən sürücülər stasionar postlarda dincələ bilərlər: “Ümumiyyətlə, postlar yeniləndikcə və yeni inşa edilən postlarda sürücülər üçün şərait yaradılır. Avtomobillərin kütləvi şəkildə dayanması mümkün olmasa da, qısa müddətli saxlamağa yerlər var. Havanın isti vaxtı və ya gecə saatlarında yorğun olan sürücülər avtomobilini həmin yerlərdə saxlayıb, istirahət edə bilər. Həmçinin sürücülər üçün əl-üz yumaq yerləri ayrılıb.

Yuxusuzluğun və yorğunluğun alınması üçün stasionar postların hamısında sürücülər və sərnişinlər üçün belə bir şərait yaradılıb. Kifayət qədər sürücü də həmin şəraitdən istifadə edir”,-deyə DYP rəsmisi vurğulayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.